AZ EN RU

XİN başçısı Gürcüstana rəsmi səfərə yola düşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 27 iyun 2024-cü il tarixində Gürcüstana rəsmi səfərə yola düşüb.

Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Məlumata görə, səfər çərçivəsində Ceyhun Bayramovun Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Nəşr edilib : 27.06.2024 10:09