AZ EN RU

XİN başçısı: "Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq getdikcə dərinləşir”

“Şuşa Bəyannaməsinin ruhuna uyğun olaraq Azərbaycanla Türkiyə arasında əməkdaşlıq getdikcə güclənir”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 31-də Ankarada türkiyəli həmkarı Hakan Fidanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, iki ölkə arasında hərbi sahədə əməkdaşlıq da getdikcə dərinləşir.

Nəşr edilib : 31.07.2023 14:16