AZ EN RU

XİN: Ballıqaya faciəsində 24 azərbaycanlı mülki şəxs qətlə yetirilib

Azərbaycan Xarici İşlər Nazirliyi Ballıqaya faciəsi ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir ki, 31 il əvvəl bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Goranboy rayonunun Ballıqaya kəndində qətliam törədilib.

“Nəticədə 6-sı azyaşlı olmaqla 24 azərbaycanlı mülki şəxs, o cümlədən 6 aylıq körpə və 93 yaşlı qadın vəhşicəsinə qətlə yetirilib”, - məlumatda deyilir.

Nəşr edilib : 28.08.2023 11:07