AZ EN RU

XİN: Azərbaycanla ABŞ arasında əməkdaşlığın daha da dərinləşəcəyinə ümid edirik

Azərbaycanın Xarici İşlər Nazirliyi ABŞ-ı Müstəqillik Günü münasibətilə təbrik edib.

Bu barədə Xarici İşlər Nazirliyinin tviter səhifəsində paylaşım edilib.

“4 İyul - Amerika Birləşmiş Ştatlarının Müstəqillik Günü münasibətilə ABŞ hökumətini və xalqını səmimi-qəlbdən təbrik edir və ən xoş arzularımızı çatdırırıq! Biz ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşəcəyinə ümid edirik”, - deyə paylaşımda qeyd olunub.

Nəşr edilib : 04.07.2023 16:45