AZ EN RU

XİN Azərbaycanın ECOSOC üzvlüyünə seçilməsinə dəstək verən ölkələrə təşəkkür edib

Azərbaycan 148 ölkənin səs çoxluğu ilə BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2025-2027-ci illər üzrə üzvlüyünə seçilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, ECOSOC üzvlüyünə seçkilər BMT Təhlükəsizlik Şurasından sonra ən rəqabətli seçkilər hesab olunur:
"Azərbaycan Respublikası indiyədək bir dəfə - 2003-2005 və 2017-2019-cu illərdə ECOSOC-un üzvü olub".
Qeyd edək ki, 54 üzvü olan ECOSOC BMT-nin əsas orqanlarından biri olub, BMT-nin 14 ixtisaslaşmış təşkilatının, onların funksional komissiyalarının və 5 regional komissiyanın iqtisadi və sosial sahələrdə işini əlaqələndirir.
"BMT-nin İqtisadi və Sosial Şurası kimi mötəbər quruma Azərbaycanın belə yüksək səslə üzv seçilməsi ölkəmizin beynəlxalq nüfuzunun və sosial-iqtisadi sahədə son onillikdə əldə etdiyi nailiyyətlərə beynəlxalq ictimaiyyətin verdiyi yüksək qiymətin göstəricisidir. Azərbaycana bu seçkilərdə dəstək verən hər bir ölkəyə təşəkkür edirik. Azərbaycan Respublikası Şuraya üzvlüyü zamanı hər zaman olduğu kimi, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq, beynəlxalq sülh və inkişafa öz töhfəsini verəcəkdir", - məlumatda deyilir.

Nəşr edilib : 08.06.2024 12:17