AZ EN RU

XİN Azərbaycan vətəndaşlarının Türkiyədən təyyarə ilə təxliyə olunmamasının səbəbini açıqlayıb

Xarici İşlər Nazirliyi Türkiyənin zəlzələ bölgəsindəki Azərbaycan vətəndaşlarının təyyarə ilə təxliyə olunması ilə bağlı təkliflərə münasibət bildirib.

Nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə jurnalistlərə açıqlamasında deyib ki, təxliyələr avtobuslar vasitəsilə həyata keçiriləcək.

Onun sözlərinə görə, təyyarələrlə təxliyə barədə hələ ki, qərar yoxdur: “Avtobuslarla təxliyə daha rahat və sürətlidir. Hava nəqliyyat vasitələri bəzən gözləməli olur. Təyyarələrdə müəyyən çətinlik yaşana bilir. Çünki təyyarələrin əksəriyyəti yük təyyarəsidir. Həmçinin yaranmış vəziyyətə görə bütün hava limanları sərnişin təyyarələrini qəbul etmir. Çünki axın çoxdur”.

A.Hacızadə qeyd edib ki, Azərbaycan vətəndaşlarının təxliyəsi ötən gün də davam edib.

Nəşr edilib : 09.02.2023 13:45