AZ EN RU

XİN: "Azərbaycan məcburi köçkünlərin öz evlərinə qayıdışını təmin etməkdə qətiyyətlidir"

"Azərbaycan azad edilmiş ərazilərdə yenidənqurma işlərinə başlamaqla məcburi köçkünlərin öz evlərinə ləyaqətlə qayıtmasını təmin etməkdə qətiyyətlidir".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviterdə Ümumdünya Qaçqınlar Günü ilə bağlı paylaşımında qeyd olunub.

Bildirilib ki, Ermənistanın 30 ilə yaxın təcavüzü nəticəsində Azərbaycan adambaşına düşən məcburi köçkün və qaçqınların sayına görə dünyada birinci yerdədir.

Nəşr edilib : 20.06.2023 18:29