AZ EN RU

Xəzər Universitetinin əməkdaşları Naxçıvan Dövlət Universitetində olublar

    Xəzər Universitetinin İdarəetmə və tələbə işləri üzrə prorektoru İsaxan İsaxanlı, Musiqi və incəsənət departamentinin rəhbəri Zülfiyyə Sadıqova Naxçıvan Dövlət Universitetində olublar.
    İkitərəfli görüşdə Naxçıvan Dövlət Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qonaqları salamlayaraq onları universitetdə görməkdən məmnunluğunu bildirib. Prorektor ali təhsil ocağının maddi-texniki bazası, müasir tədris üsulları, beynəlxalq əlaqələri barədə danışıb.
    İdarəetmə və tələbə işləri üzrə prorektor İsaxan İsaxanlı 1991-ci ildə Xəzər Universitetinin Azərbaycanda ilk dəfə özəl universitet kimi fəaliyyətə başladığını diqqətə çatdırıb. Prorektor tədrisi ingilis dilində həyata keçirilən ixtisaslar barədə ətraflı məlumat verib.
    Naxçıvan Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Elsevər Əsədov çıxış edərək gələcəkdə birgə əməkdaşlıq edilə biləcək istiqamətlərə toxunub. Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb.
    Sonda qonaqlara “Naxçıvan – Şərqin əfsanəsi” kitabı hədiyyə edilib.

Naxçıvan Dövlət Universitetinin Media və 
ictimaiyyətlə əlaqələr bölməsi

 

Nəşr edilib : 13.12.2023 11:20