AZ EN RU

Xeyriyyə konsertində fəallıq göstərənlər mükafatlandırıldı

Xəbər verdiyimiz kimi, ötən günlərdə “Naxçıvan Qaziləri” İctimai Birliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Yaşa Azərbaycan” adlı konsert  keçirilib. Bu gün həmin xeyriyyə konsertində öz fəallıqları ilə seçilən şəxslər – Naxçıvan Dövlət Filarmoniyasının solisti, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Sona Abbasova, Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının rəqs kollektivi və “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin gənc jurnalistləri Sevinc Hüseynli  və Turğay Camal  “Naxçıvan Qaziləri” İctimai Birliyi tərəfindən Fəxri fərmanla təltif edilib.

Qeyd edək ki, həmin gün Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agenltliyinin əməkdaşları “Naxçıvan Qaziləri” İctimai Birliyinin ofisində olmuş, birliyin ofisinə kompüter avadanlığı hədiyyə edilmişdir.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 16.01.2024 17:39