AZ EN RU

Xeyirxah aksiya

Ordubad rayon Tivi kənd tam orta məktəbində "Yaşıl dünya naminə həmrəylik ili" və  1 Aprel Beynəlxalq Quşlar Günü münasibətilə aksiya keçirilib. Aksiya çərçivəsində ağaclara  şagirdlərin  hazırladığı quş evləri asılıb. 
Məktəbin Tərbiyə işləri üzrə direktor müavini Müseyib Bayramov  1906-cı ildə imzalanan konvensiya haqqında şagirdlərə məlumat verib, UNESCO-nun "İnsan və Biosfer" proqramı çərçivəsində bu günün əhəmiyyətini qeyd edib.

Nəşr edilib : 01.04.2024 18:05