AZ EN RU

Xəstəliklərə qarşı meşələr dərmanlanıb

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı və Biomüxtəlifliyin Qorunması İdarəsinin əməkdaşları tərəfindən Uzunoba Dövlət Meşəsində ziyanvericilərə və xəstəliklərə qarşı çiləyici aparatlardan istifadə olunmaqla kimyəvi mübarizə tədbirləri həyata keçirilib

İdarənin əməkdaşları tərəfindən ağacların zəifləməsinə, inkişafının dayanmasına və sonda məhv olmasına səbəb olan ziyanvericilərin çoxalmasının və daha geniş ərazilərə yayılmasının qarşısı alınıb.

Meşə təsərrüfatına ziyan vuran ziyanvericilərin məhv olması və xəstəliklərin qarşısının alınması məqsədilə görülən işlər digər meşələrdə də davam etdiriləcəkdir.

Nəşr edilib : 13.06.2024 12:07