AZ EN RU

Xarkova hava hücumu nəticəsində azı 5 nəfər həlak olub

Aprelin 4-ə keçən gecə Rusiyanın “Şahed” pilotsuz təyyarələrinin Xarkova hücumu nəticəsində azı 5 nəfər həlak olub, on nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayıb.
Onun sözlərinə görə, xəsarət alanlardan 5 nəfəri xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır. Həlak olanlardan 3-ü xilasedicidir.
Xarkov şəhər meri İqor Terexovun verdiyi məlumata görə, kamikadze dronlarının hücumu nəticəsində yaşayış və hündürmərtəbəli binaya ziyan dəyib. Şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr ola bilər. Bütün fövqəladə hallar və ictimai xidmətlər, eləcə də könüllülər dağıntıların aradan qaldırılmasına cəlb olunublar.

Nəşr edilib : 04.04.2024 08:30