AZ EN RU

Xarici İşlər Nazirliyinin rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət edib

Dekabrın 12-də Xarici İşlər Nazirliyinin rəhbər heyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, ziyarət zamanı görkəmli tarixi şəxsiyyət, dövlətçilik və müstəqillik tariximizdə müstəsna rolu və xidmətləri olan Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət edilib, önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsi dərin ehtiramla anılıb.

Nəşr edilib : 12.12.2023 15:14