AZ EN RU

Xarici İşlər Nazirliyi: Bu ilin əvvəlində Ermənistan tərəfindən sülh müqaviləsi üzrə növbəti təkliflər paketini əldə etmişik

Yanvarın əvvəlində biz Ermənistan tərəfindən sülh müqaviləsi üzrə növbəti təklifləri əldə etmişik.
Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir qeyd edib ki, hazırda Azərbaycan tərəfi prosedura uyğun olaraq həmin paket üzrə öz daxili işlərini həyata keçirir. Hesab edirəm ki, növbəti həftələr ərzində böyük ehtimalla bizim tərəfimizdən Ermənistana cavab təqdim olunacaq.
Bildiyiniz kimi, sülh müqaviləsi üzrə danışıqlar həm də birbaşa görüşlər vasitəsilə aparılır.

Nəşr edilib : 27.01.2024 14:19