AZ EN RU

Xaricdə yaşayan monqollar parlament seçkiləri üçün səs verirlər

Xaricdə yaşayan Monqolustan vətəndaşları bu gün parlament seçkiləri üçün səs verməyə başlayıblar.

"Şərq qapısı" Sinxua  agentliyinə istinadla xəbər verir ki, 3,5 milyon əhalisi olan Monqolustanda növbəti parlament seçkiləri iyunun 28-nə təyin edilib.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ümumilikdə 13 min 95 seçici yaşadıqları ölkələrdə səs vermək üçün qeydiyyatdan keçib. Onlar bu həftənin sonuna qədər 35 ölkədə yaradılmış seçki məntəqələrində səs verə biləcəklər.

Seçki Komissiyası parlament seçkiləri üçün 19 siyasi partiya və iki koalisiyadan 1294, habelə 42 müstəqil namizədi qeydə alıb. Səsvermə günü ümumilikdə 2 milyon 238 min 360 Monqolustan vətəndaşının səs verəcəyi gözlənilir.

Qeyd edək ki, 2023-cü ilin mayında ölkə parlamenti qanunvericilərin sayını 76-dan 126-ya çatdırmaq barədə qərar qəbul edib. Parlament üzvlərindən 78-i majoritar, 48-i isə proporsional seçki sistemi ilə seçiləcək.

Nəşr edilib : 20.06.2024 15:37