AZ EN RU

Xankəndidən gələn erməniəsilli şəxslərin “Laçın” buraxılış məntəqəsindən Ermənistana keçidi təmin edilib

Erməniəsilli şəxslərin “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi növbəti dəfə təmin edilib.

Xankəndidən gələn erməniəsilli 61 nəfər "Laçın" sərhəd-buraxılış məntəqəsindən Gorus istiqamətinə keçib.

Həmin şəxslərin sənədləri və əşyaları yoxlanılıb, bundan sonra sərbəst hərəkətləri təmin olunub.

Sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistana gedənlər arasında Ermənistan və Rusiya vətəndaşlarının da olduğu bildirilir.

Nəşr edilib : 22.08.2023 11:10