AZ EN RU

Xankəndidəki paradda erməni hərbi avtomobillərinin nömrələrindən hazırlanan lövhə nümayiş etdirilib

Xankəndi şəhərində keçirilən paradda vaxtilə Azərbaycan ərazilərdə qanunsuz yerləşdirilən erməni silahlı birləşmələrindən qənimət kimi götürülən avtomobil və texnikaların nömrə nişanlarından hazırlanan nəhəng lövhə nümayiş etdirilib.

 Lövhə Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın üzərində yerləşdirilib.

Lövhədə böyük hərflərlə “ZƏFƏR” sözü yazılıb. Həmin lövhə böyük yük avtomobilinin üzərində yerləşdirilib və parad zamanı meydanda Ali Baş Komandan İlham Əliyevin önündən keçib.

Qeyd edək ki, noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak ediblər.

Nəşr edilib : 08.11.2023 13:20