AZ EN RU

Xankəndidə xeyli sayda silah və sursat aşkarlanıb

Fevralın 15-də Xankəndi şəhəri ərazisində xeyli sayda silah və sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının ötən gün keçirdikləri tədbirlərlə Xankəndidə 2 ədəd pulemyot, 6 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 3 tüfəng, 8 ədəd qumbara, 44 ədəd patron darağı, 3114 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Nəşr edilib : 16.02.2024 11:10