AZ EN RU

Xankəndidə xeyli sayda silah-sursat aşkarlanıb

Martın 7-də polis əməkdaşları Xankəndi şəhərində yerləşən orta məktəblərin birində və şəhər ərazisində çox sayda silah sursat aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, keçirilən tədbirlərlə 766 ədəd narkotik tərkibli güclü təsiredici həblər, həmçinin 20 ədəd avtomat silahı, 1 pulemyot, 3 tapança, 3 tüfəng, 10 qumbara, 9 ədəd alışdırıcı, 5 rabitə vasitəsi, 20 patron darağı, 6188 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Nəşr edilib : 08.03.2024 10:44