AZ EN RU

Xankəndidə silah-sursat tapılıb

Xankəndi şəhəri ərazisində silah-sursat tapılıb.
Şərq qapısı "Report" informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat verib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 2-də Xankəndi şəhəri ərazisində 7 ədəd müxtəlif markalı avtomat silahı, 3 qumbara, 4 ədəd müxtəlif markalı tüfəng, 25 ədəd patron darağı, 23 ədəd mərmi, 1215 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Nəşr edilib : 03.02.2024 11:35