AZ EN RU

Xankəndidə Azərbaycan Bayrağının dalğalanması milli ləyaqət təntənəsidir - FOTOLAR

Xüsusi olaraq "Şərq qapısı" qəzeti üçün. 

Hazırda Şuşada olan Babək şəhərinin qəhrəman şəhidi Şükür Hacıyevin anası Fatma xanım bizlər üçün bayram təbrikini dilə gətirir.

İlin son gününü Qarabağda keçirən Fatma ana Naxçıvandan olan bütün şəhid analarının adından müqəddəs torpağa-Şuşaya salamlarını çatdırır. 

Bəli, şəhid anaları, ataları Şuşa ilə təsəlli tapır. Şəhid ailələrinin yaralarına məlhəm olan Şuşa onların məğrurluğudur. 

Bu il bayramlarımızı suverenliyini tam bərpa edən xalq kimi keçiririk. Bu gün Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağının dalğalanması milli ləyaqət təntənəsidir. Bütün bunlar isə Ali Baş Komandanın dəmir yumruğu ətrafında sıx birləşərək Vətən üçün canından keçən şəhidlərimizin hesabına oldu. Bütün şəhidlərimizin qarşısında baş əyirik. Allah bütün şəhidlərimizin məqamını uca etsin.

Nəşr edilib : 31.12.2023 18:19