AZ EN RU

Xankəndidə avtomat, pulemyot və qumbaralar aşkarlanıb

Polis əməkdaşları Xankəndidə avtomat, pulemyot və qumbaralar aşkarlayıb.  Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə Xankəndi şəhəri ərazisində 8 ədəd müxtəlif markalı avtomat silahı, 3 tapança, 1 pulemyot, 3 tüfəng, 8 ədəd qumbara, 43 patron darağı, 2297 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Nəşr edilib : 23.02.2024 10:12