AZ EN RU

Xankəndidə 8 silah və sursatlar aşkarlanıb

Ötən gün Xankəndidə 8 silah aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xankəndi şəhəri ərazisindən 6 avtomat silahı, 2 tüfəng, 3 qumbara, 5 alışdırıcı, 44 patron darağı, 10 mərmi, 1690 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Bundan başqa, ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat  tədbirləri ilə respublikanın digər ərazilərində qanunsuz saxlanılan 1 tapança, 2 tüfəng, 3 patron darağı aşkar edilərək götürülüb.

Nəşr edilib : 04.04.2024 11:35