AZ EN RU

Xankəndidə 7 ədəd müxtəlif markalı avtomat silahı aşkarlanaraq götürülüb

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 9-da Xankəndi şəhəri ərazisində 7 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 1 tüfəng, 1 ədəd qumbara, 1 ədəd alışdırıcı, 23 ədəd patron darağı, 841 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nəşr edilib : 10.02.2024 12:14