AZ EN RU

Xankəndi şəhərində silah-sursat aşkarlanıb

Xankəndi şəhərində silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 1-də Xankəndi şəhəri ərazisində 4 müxtəlif markalı avtomat silahı, 3 tapança, 3 qumbara, 2 müxtəlif markalı tüfəng, 50 patron darağı, 2129 müxtəlif çaplı patron və digər sursatlar polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aşkar olunaraq götürülüb.

Nəşr edilib : 02.02.2024 10:26