AZ EN RU

Xanım sürücülərə bayram təbriki - FOTOLAR

Naxçıvan Daxili İşlər Nazirliyinin əməkdaşları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə muxtar respublikanın  şəhər və rayonlarında xanım sürücü, sərnişin və piyadaları təbrik ediblər.
Şeherin  küçə və prospektlərində, xüsusilə mərkəzi yollarda sükan arxasında olan qadın sürücüləri saxlanılıb. Polis əməkdaşları həmin sürücüləri, eləcə də nəqliyyat vasitəsində olan xanımları, azyaşlıları təbrik edərək onlara gül və müxtəlif hədiyyələr veriblər.
Tədbir zamanı xanım piyadalar, təmizlik işçiləri də diqqətdən kənarda qalmayıb. Asayiş keşikçiləri onları da bayram münasibətilə çiçəklərlə təbrik ediblər.

Ceyhun Məmmədov

Nəşr edilib : 08.03.2023 12:54