AZ EN RU

Xanım Alessandra Rokkasalvo: “Naxçıvan Biznes Mərkəzində gördüklərim məni təəccübləndirdi”

Dünən biz muxtar respublikaya səfər çərçivəsində səlahiyyətli nümayəndə və Ombudsmanla görüşdük. İqlim dəyişikliyi ilə əlaqədar təşkil olunan bu tədbirin əsas əhəmiyyəti ondan ibarətdir ki, təmiz suya əlçatanlıq kimi baza təməl məsələlər məhz insaq hüquqlarının təməlini təşkil edən faktorlardır.
“Şərq qapısı” xəbər verir ki, bunu Naxçıvanda keçirilən “İqlim Dəyişikliyi və İnsan Hüquqları” mövzusunda konfrans çərçivəsində jurnalistlərə müsahibəsində BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən xanım Alessandra Rokkasalvo söyləyib. 
O deyib: “Dünən biz muxtar respublikaya səfər çərçivəsində səlahiyyətli nümayəndə və Ombudsmanla görüşdük. İqlim dəyişikliyi ilə əlaqədar təşkil olunan bu tədbirin əsas əhəmiyyəti ondan ibarətdir ki, təmiz suya əlçatanlıq kimi baza təməl məsələlər məhz insaq hüquqlarının təməlini təşkil edən faktorlardır. Naxçıvana dəvət görə də ayrıca təşəkkür edirəm. Deyim ki, Bakı ilə Naxçıvanın iqlimi tamam fərqlidir. Mən Qarabağda, Lənkəranda olmuşam. Yəni Azərbaycanın əksər rayonlarını görmüşəm. Naxçıvan isti bir yerdir. Eyni zamanda Bakı ilə müqayisədə burada nəmişlik yoxdur. Naxçıvan Biznes Mərkəzində gördüklərim məni təəccübləndirdi. Bakının supermarketlərindən aldığım məhsulların Naxçıvan istehsalı olduğunu öyrəndim. Nümunə üçün aldığım suyu göstərə bilərəm. Mən dünən, eyni zamanda Duzdağda oldum, çox gözəl texniki qulluq göstərən məkandır. Ümid edirəm ki, gələcəkdə Naxçıvana mütləq gələcəyəm”.
“BMT-nin İnkişaf Proqramı adından gördüyümüz işlər barədə rəqəm söyləyə bilərəm. Keçən il işlərin dəyəri 15 milyon ABŞ dolları idisə, bu il əhatə dairəmiz daha da böyüməkdədir. Mən əminəm ki, bu məbləğ də böyüyəcəkdir. Ümumiyyətlə,biz çoxlu sahələri əhatə edirik. Buraya sosialyönümlü sahələr aiddir, ANAMA-ya göstərdiyimiz dəstək vardır. Minaların təmizlənməsi ilə bağlı xüsusi mükəmməllik mərkəzi açılacaqdır. Məhz bu fəaliyyətlə onlara dəstək veriləcək. Bundan başqa, insanların iş imkanlarının gücləndirilməsinə dair təlim, bilik və bacarıqların bölüşdürülməsi üçün təhsil mərkəzləri yaradılacaq. Qanunun aliliyi və eyni zamanda hüquq və azadlıqları əhatə edən portfelimiz də vardır. Ümumiyyətlə, biz 135 ölkə ilə əlaqəli fəaliyyət göstəririk. Məhz Naxçıvanda iqlim dəyişikliyi ilə bağlı tədbir də qanunun aliliyi, hüquq və azadlıqların təmininə dair portfelimizə əsasən keçirilir”,–deyə xanım Alessandra Rokkasalvo əlavə edib. 

Nail ƏSGƏROV

Nəşr edilib : 19.07.2024 12:32