AZ EN RU

Xalq “Zəfərlərə davam” dedi!

 O, seçki kampaniyasında “Zəfərlərə davam” şüarı ilə yola çıxmışdı, Qalib xalq isə Qalib Liderə növbəti dəfə etimad göstərməklə “Zəfərlərə davam”, – dedi... Hələ yolumuz uzundur. Biz cənab İlham Əliyevin rəhbərliyi altında “Zəngəzur dəhlizi”ni açacaq, Naxçıvanımızı anamız Azərbaycana birləşdirəcək, əzəli yurd yerlərimizə – Qərbi Azərbayacana möhtəşəm QAYIDIŞımızın təntənəsini yaşayacağıq. Bu yoldan bizi heç bir qüvvə və təşkilat – son günlərdə Qərbdə “Avroşüvənlik” edənlər belə döndərə bilməyəcək. Çünki bu siyasətin təməlində haqq, tarixi ədalət dayanır.
Parlaq Qələbəniz mübarəkdir, möhtərəm Prezident!

Muxtar RZAZADƏ

Nəşr edilib : 07.02.2024 20:56