AZ EN RU

Xalq artisti Yalçın Adıgözəlov Naxçıvanda səfərdədir

Mayın 30-da professor, xalq artisti, əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov Naxçıvan şəhərinə səfərə gəlib.
Xalq artisti Yalçın Adıgözəlov və Naxçıvan Muxtar Respublikası mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov Ulu Öndərin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, qarşısına gül dəstələri qoyaraq, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Qonaq daha sonra Naxçıvan Dövlət Milli Dram Teatrı və Heydər Əliyev Sarayı ilə tanış olub.

Nəşr edilib : 30.05.2024 15:13