AZ EN RU

Xalq artisti Rövşən Hüseynovun doğum günüdür

Bu gün Xalq artisti, Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru Rövşən Hüseynovun doğum günüdür.

Rövşən Hüseynov 1954-cü il fevralın 6-da Naxçıvanda sənətkar ailəsində doğulub. Anası Xalq artisti Sofiya Hüseynova, atası uzun illər Naxçıvan teatrında inzibati işlərdə çalışan Maqsud Hüseynovdur.Uşaqlıq illərini teatrın səhnəsində keçirən aktyor 14 yaşından teatrın truppasına aktyor kimi qəbul edilib.Səhnədə keçən illər ərzində bir-birindən maraqlı obrazlar qalereyası yaradan Rövşən Hüseynovun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Aktyor 1987-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2008-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb.

Dəyərli Xalq artistimiz Rövşən Hüseynovu 70 illik yubileyi münasibəti ilə təbrik edir, uzun ömür,cansağlığı, fəaliyyətindən uğurlar arzulayırıq.

Nəşr edilib : 06.02.2024 16:44