AZ EN RU

Xalq artisti Fidan Hacıyevanın Naxçıvanda konserti keçiriləcək

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 27-də, saat 19:00-da Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyevanın Heydər Əliyev Sarayında solo konserti keçiriləcək. Konserti Naxçıvan Dövlət Filarmoniyasının  Simfonik Orkestri müşayiət edəcək.

Orkestrin dirijoru beynəlxalq müsabiqələr laureatı Orxan Həşimov və Prezident mükafatçısı Cahangir Qurbanov, konsertmeyster Azərbaycan Respublikasının Əməkdar artisti Nərgiz Əliyevadır.

Biletləri Heydər Əliyev Sarayının və Naxçıvan Dövlət Milli Dram Teatrının kassasından əldə edə bilərsiniz.

                           Naxçıvan Muxtar Respublikası

               Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 23.10.2023 12:00