AZ EN RU

Vüsal Qasımlı: Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanı paradiqmalar əsasında yaradıb

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanı paradiqmalar əsasında yaradıb. Biz hazırda bu paradiqmalarla davam edirik. Kommunikasiya texnologiyası sahəsində proqram idarəetməsi adlı yeni səhifə açılır və bu, dünyada ən müasir yanaşmadır.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı oktyabrın 19-da Azərbaycan Qadınlarının VI Qurultayı çərçivəsində keçirilən “Ulu Öndər Heydər Əliyevin əsas missiyası: Böyük Qayıdış” mövzusunda panel müzakirələrdə deyib.

Vüsal Qasımlı bu layihənin Böyük Qayıdışa dair Dövlət Proqramının uğurla həyata keçirilməsində önəmini, rəqəmsal həllini qeyd edib. Proqramın gender əsaslı xüsusiyyətlərindən danışan icraçı direktor Azərbaycan dövlətinin, xalqının, cəmiyyətinin həyatında gender balansının qorunmasının vacibliyini diqqətə çatdırıb.

Nəşr edilib : 19.10.2023 14:11