AZ EN RU

Vüqar Süleymanov: Ermənistan Cəbrayıl, Zəngilan, Qubadlıya aid çox az mina formulyarları verib

Ermənistan Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarina aid çox az məlumatlar, mina formulyarları verib.

Bunu Azərbaycan Minatamizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Gününə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu yaxınlarda Kəlbəcər rayonunun Murovdağ silsiləsinə aid məlumatlar üzrə 8 formulyar təqdim edildi:

"Lakin bunun da dəqiqliyi çox aşağı idi. Ümumilikdə, mina təhlükəsi ilə bağlı aparılan işlər göstərir ki, təmas xəttindən kənarda, içəriyə doğru ərazilərdə minalarla çirklənmə 70 faizdir. Bu da sırf mülki əhaliyə qarşı yönəlib".

Nəşr edilib : 04.04.2024 15:01