AZ EN RU

Vüqar Süleymanov: Dünyanın 60-dan çox ölkəsində 110 milyondan çox mina basdırılıb

Dünyanın 60-dan çox ölkəsində 110 milyondan çox mina basdırılıb.

Bunu Azərbaycan Minatamizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Gününə həsr olunan mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycan da mina problemi ilə üz-üzədir: "30 illik işğal dövründə düşmən torpaqlarımızda 1.5 milyona qədər mina basdırıb. Müharibədən dərhal sonra azad olunmuş ərazilərdə minalardan təmizləmə prosesi başlanıb".

Nəşr edilib : 04.04.2024 14:47