AZ EN RU

Vüqar İskəndərov: Misirlə Azərbaycan arasında dini-mənəvi sahədə yüksəksəviyyəli əməkdaşlıq mövcuddur

Daxili siyasətlə yanaşı, xarici siyasətdə də uğurlar qazanan Azərbaycan bu addımlaırnın davam etdirir. Xarici siyasətin əsas istiqamətlərindən biri də ikitərəfli əməkdaşlıqdır. Azərbaycan bu sahədə də mühüm uğurlar əldə edib.
Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, Azərbaycan ərəb ölkələri, o cümlədən Misir Ərəb Respublikası ilə də uğurlu əməkdaşlıq qurub: “Hesab edirəm ki, cənab Prezident İlham Əliyevin Misirə növbəti səfəri də bu istiqamətdə atılan daha bir mühüm addım kimi tarixə düşdü. Ümumiyyətlə bu səfər iki ölkə arasındakı əməkdaşlığın davamlı xarakter daşıdığını bir daha sübut etdi”.
Deputat deyib ki, Azərbaycan və Misir arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub: “Misir, Azərbaycan müstəqilliyini tanıyan ilk ölkələrdən biridir İkitərəfli əməkdaşlığa isə Ulu Öndər Heydər Əliyevin 1994- cü ildə Misirə səfəri ilə start verilib. Ötən 30 il ərzində Misirlə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlıq əlaqələri inkişaf etdirilib. Cənab Prezident İlham Əliyevin iyunun 7-8-də Misirə rəsmi səfəri isə iki ölkə arasındakı münasibətlərin daha da möhkəmləndirilməsi və genişləndirilməsi üçün yeni imkanlar açır. Məmuniyyətlə qeyd edə bilərik ki, bu səfər, Azərbaycan və Misir arasındakı əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi və dərinləşdirilməsi üçün əhəmiyyətli bir addım oldu”.
V.İskəndərov vurğulayıb ki, səfər zamanı da bəyan edildiyi kimi, tərəflər arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün böyük potensial var: “Bəlli olduğu kimi səfər zamanı Misirlə Azərbaycan arasında energetika, kənd təsərrüfatı, əczaçılıq, sənayenin müxtəlif sahələri, nəqliyyat və s. sahələrdə əlaqələrin inkişafı məsələləri müzakirə olundu. Həmçinin bir sıra vacib sənədlər imzalandı ki, bu da əməkdaşlığın gələcək inkişafında mühüm rol oyanayacaq”.
Deputat sonda onu da qeyd edib ki, Misirlə Azərbaycan arasında dini-mənəvi sahədə də yüksəksəviyyəli əməkdaşlıq mövcuddur. Hər iki ölkə dünyada islam həmrəyliyinin möhkəmlənməsinə və mötədil islamın inkişafına mühüm tohfə verirlər.

Nəşr edilib : 09.06.2024 15:56