AZ EN RU

V.Ş.Sevdimaliyevin Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri vəzifəsindən azad edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin  II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüsal Şəmsəddin oğlu Sevdimaliyev Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri vəzifəsindən azad edilsin.

Naxçıvan Muxtar Respublikası

         Ali Məclisi sədrinin birinci müavini

AZƏR ZEYNALOV

         Naxçıvan şəhəri, 08 sentyabr 2023-cü il

 

        

Nəşr edilib : 08.09.2023 17:59