AZ EN RU

Vokalist Aslan Nuri: “Konsert proqramımız əla, yaddaqalan oldu”

Dekabrın 25-dən etibarən Naxçıvan şəhərində ilk dəfə keçirilən “Snow fest - Qış festivalı” bir-birindən maraqlı, rəngarəng konsert proqramları ilə davam edir. Festival çərçivəsində yanvarın 2-də “Ayna BAND” rok qrupu möhtəşəm ifaları ilə şəhərin qonaqlarında, sakinlərdə əsl bayram əhvali-ruhiyyəsi yaradıb.

Qrupun vokalisti Aslan Nuri təəssüratlarını “Şərq qapısı” qəzeti ilə bölüşüb: - İlk dəfədir Naxçıvandayıq. Konsert proqramımız əla, yaddaqalan oldu. Təşkilatçılıq yüksək səviyyədə idi. Xüsusilə gənclərin coşğusu konserti daha da möhtəşəm etdi. Yayda yenidən Naxçıvanda gözəl, maraqlı proqramla görüşmək ümidi ilə hər kəsin bayramını təbrik edirəm. 

Nail ƏSGƏROV

Nəşr edilib : 02.01.2024 20:50