AZ EN RU

Vladimir Zelenski Prezident cənab İlham Əliyevi təbrik edib

Bu barədə Ukraynanın milli  portalı unn.ua-da xəbər yayınlanıb. 
 “Mən dövlətlərimizin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi yüksək qiymətləndirirəm.
Bu tarixi dövrdə ölkəmizin azadlıq mübarizəsində Azərbaycanın göstərdiyi humanitar və digər yardımları yüksək qiymətləndiririk. Prezident Əliyevlə konstruktiv və etibarlı münasibətlərimizi, eləcə də komandalarımız arasında praktiki əməkdaşlığı yüksək qiymətləndirirəm.
Əminəm ki, Ukrayna ilə Azərbaycanın strateji əlaqələri bundan sonra da möhkəmlənəcək” , - Zelenski qeyd edib.

Nəşr edilib : 08.02.2024 13:28