AZ EN RU

Vladimir Putin Qarabağ ətrafında vəziyyətin sülh məcrasına yönələcəyinə ümidvar olduğunu bildirib

Moskva rəsmi İrəvan və Bakı ilə sıx təmasdadır.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Çinin xarici işlər naziri Van İ ilə görüşü əsnasında bildirib.

RF Prezidenti qeyd edib ki, Rusiya sülhməramlıları Qarabağda bütün tərəflərlə fəal iş aparır.

Vladimir Putin deyib: “Ümidvaram ki, biz gərginliyin azaldılmasına və bu problemin həllinin sülh məcrasına yönəlməsinə nail olacağıq”.

Nəşr edilib : 20.09.2023 16:12