AZ EN RU

Vladanka Andreyeva: Azərbaycan Qadınlarının VI Qurultayı əməkdaşlıq üçün gözəl platformadır

Azərbaycan Qadınlarının VI Qurultayı əməkdaşlıq üçün gözəl platformadır. Düşünürəm ki, bu toplantı əməkdaşlığa töhfə verəcək.

Bunu Azərbaycan Qadınlarının VI Qurultayının açılış mərasimində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva deyib.

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən danışan nümayəndə Azərbaycanda bu istiqamətdə müvafiq işlərin görüldüyünü diqqətə çatdırıb.

“Azərbaycanda qadın hüquqlarının qorunması, gender əsaslı zorakılıqla mübarizə, erkən nikahları qarşısının alınması ilə bağlı QHT-lərlə də sıx əməkdaşlıq edirik. Qadınların ictimai həyatda fəal iştirakının təmin olunmasi vacibdir”, - deyə V.Andreyeva vurğulayıb.

Azərbaycan qadınlarının qərar qəbuletmə prosesində fəallığının artırılmasının önəmini vurğulayan BMT-nin rezident əlaqələndiricisi onların öz hüquqlarının qorunmasında qətiyyətli olduqlarını diqqətə çatdırıb.

Onun sözlərinə görə, gənc qızların təhsili və məşğulluğunun artırılması vacib məsələlərdəndir.

Nəşr edilib : 19.10.2023 12:02