AZ EN RU

Virtual sərgi hazırlanıb

    “Heydər Əliyev İli” çərçivəsində AMEA Naxçıvan Bölməsi Elmi Kitabxanası tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar olaraq “Heydər Əliyev – 100 il” adlı virtual sərgi hazırlanıb.
    Virtual sərgidə Ulu Öndərin həyatının müxtəlif dövrlərində çəkilmiş fotoşəkilləri, Heydər Əliyev siyasi irsindən, onun Azərbaycan tarixindəki yerindən, mədəniyyətimizin, mənəvi dəyərlərimizin qorunmasına diqqətindən, habelə elmin inkişafına qayğısından bəhs edən kitab və monoqrafiyalar, dövri mətbuatda dərc olunan məqalələr nümayiş olunur.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

Nəşr edilib : 19.07.2023 19:22