AZ EN RU

Vəzifələrə işə qəbul müsabiqəsinin müsahibə proqramı

Yanvarın 27-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin  tabeliyindəki  təhsil müəssisələrində vakant olan direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üçün ilk dəfə olaraq  müsabiqə  keçirilmişdir. 

Müsabiqədə iştirak edən 97 namizəddən 67-si   sualların 50 faiz və daha çoxunu düzgün cavablandıraraq  müsabiqənin test mərhələsində keçid balını toplamış sayılmış və müsahibə mərhələsinə buraxılmışdır.

Təhsil Nazirliyi tərəfindən müsahibə mərhələsində iştirak hüququ qazanmış namizədlər üçün zəruri biliklərə dair müsahibə proqramı hazırlanmışdır. 
Müsahibə proqramı ilə https://forms.gle/msuCYmuUvZ75WKtj9 linkindən tanış ola bilərsiniz.  

Nəşr edilib : 02.02.2024 17:32