AZ EN RU

Vətənpərvərliyə və dövlətçiliyə söykənən Azərbaycançılıq

    Xalqımızın ümummilli lideri Heydər Əliyev bütün mənalı həyаtı və fəаliyyəti bоyu yаlnız bir müqəddəs vəzifəyə хidmət еtmişdir. Bu оnun həyаtının аmаlı оlаn Аzərbаycаnçılıq idеyаlаrı, Аzərbаycаn dövlətinə, хаlqınа хidmət idi. İstər sоvеt dövrü оlsun, istərsə də müstəqillik illəri, fərqi yох idi – dahi şəxsiyyət Hеydər Əliyеv hər zаmаn və hər yеrdə Аzərbаycаn üçün çаlışır, ən böyük qаyəsini milliliyin, həmrəyliyin qоrunub sахlаnılmаsındа görürdü. Аzərbаycаn tаriхinin 1969-cu ildən bəri yаşаnаn dövrü ulu öndərin аdı ilə sıх bаğlıdır və tаriхimizə Hеydər Əliyеv еpохаsı kimi əbədi həkk оlunmuşdur. Bu dövrün Аzərbаycаnın gələcək tаriхi tаlеyi bахımındаn bаşlıcа məzmunu Аzərbаycаnçılıqdır.

    Dahi şəxsiyyət Heydər Əliyev milli ideologiyamızın əsas prinsiplərini müəyyənləşdirməklə bərabər, onların həyata keçirilməsinə də şəxsən özü nəzarət edirdi. Ulu öndərin Azərbaycan cəmiyyətində həmrəylik hisslərinin möhkəmlənməsi, dünya azərbaycanlılarının birliyi yolunda apardığı çoxsahəli fəaliyyət də bizim üçün əvəzsiz bir dərsdir. Onun milli siyasət konsepsiyasında dünya azərbaycanlıları ilə iş prioritet istiqamət, taleyüklü xətt kimi müəyyənləşdirilmişdir. Ümummilli liderimiz çıxışlarında XX əsrdə xalqımızın əldə etdiyi tarixi qələbəni – müstəqilliyimizin qorunub saxlanılmasında xalqın milli şüurunun güclü şəkildə oyanmasını və vətənpərvərlik şüuruna çatdırılmasını dönə-dönə təkrar edirdi: “Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik! Vətənpərvər gənclər yetişdirilməsi təkcə təhsil müəssisələrinin işi ilə bitmir. İlkin olaraq ailədən başlayan bu tərbiyəvi iş təhsil müəssisələrində davam etdirilir, bütün cəmiyyətin, onun hər bir üzvünün əməlindəki müsbət nümunələrlə yetkinləşir”. 
    Azərbaycan xalqının ən mühüm milli-mənəvi dəyərlərindən biri öz doğma yurduna bağlılığıdır. Ölkəmiz təkcə bu ərazidə yaşayan, yaradan və fəaliyyət göstərən azərbaycanlıların deyil, dünyanın hər yerində yaşayan azərbaycanlıların əzəli Vətənidir. Bütün varlığı, ruhu, duyğuları ilə xalqına, Vətəninə bağlı olan, ömrünü milli dövlətçilik ideologiyasının inkişafına və bərqərar olmasına həsr edən, Azərbaycanı qarış-qarış qurub inkişaf etdirən ulu öndər Heydər Əliyev təkcə milli-mənəvi dəyərlərimizin, dövlətçiliyimizin təşəkkülünə töhfələr vermədi, milli mənlik və milli kimlik şüurumuzun inkişafına da təkan verdi. 
    Dahi rəhbərin milli şüur – vətənpərvərlik şüuru elmi konsepsiyası bu gün yeni mahiyyət almış, daha da genişlənərək, bütünlükdə, xalqımızın vətənpərvərlik tərbiyəsində əvəzsiz örnəyə çevrilmiş, xalqımıza Vətən sevgisi, Vətən birliyi, Vətən bütövlüyü aşılamışdır. Ulu öndərin fikrincə, Vətən yalnız insanların toplumu olan, sadəcə, coğrafi ərazi deyil, Vətən hər bir azərbaycanlının harada yaşamasından asılı olmayaraq, şan-şöhrəti, namusu, qeyrəti, əyilməz vüqarı, qürur mənbəyi, bütün varlığı, qüdrəti, əbədi səcdəgahıdır. Səməd Vurğunun “Azərbaycan” şeirini söyləyərkən hamımız ulu öndərin necə kövrəldiyinin canlı şahidiyik. Bugünkü müasir, müstəqil, çiçəklənən Azərbaycan ulu öndərimiz Heydər Əliyevin bizə, müasir nəsillərə ən müqəddəs, ən ülvi əmanəti, yadigarıdır.
    Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dünyaya sürətli inteqrasiya yolundadır. Bu inteqrasiya xalqımızın öz tarixi keçmişinə bağlılığı kontekstində reallaşır. Sevindirici haldır ki, ulu öndərimizin bu sahədə müəyyənləşdirmiş olduğu ənənələr müqəddəs bir miras kimi yaşadılır, qorunur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi strateji inkişaf kursunun uğurları sayəsində Azərbaycan bu gün çağdaş tarixinin intibah mərhələsinə qədəm qoymuş, müstəqil dövlətimiz iqtisadi inkişaf potensialına görə lider ölkəyə çevrilmiş, beynəlxalq siyasi münasibətlərdəki mövqeyi möhkəmlənmişdir. 
    Bu gün hamımız dövlət başçımızın rəhbərliyi ilə ulu öndərin ideyalarının həyatda gerçəkləşdiyinin şahidləriyik. Bu inkişafda dönə-dönə heyrətlə şahidi oluruq ki, ümummilli liderimiz xalqı, Vətəni üçün bir insan ömrünə sığışa bilməyən böyük işlər görmüşdür. Bu məsələlərdən biri də milli ideologiyamızın yaradılmasıdır. Ümumiyyətlə, ulu öndər fəaliyyəti boyu nə iş görübsə, orada Azərbaycançılıq ideyasının izləri var. Bu ideyalar müstəqillik illərində daha da inkişaf etmiş, formalaşmış, müstəqil dövlətimizin dayaqlarına çevrilmişdir.
    Muxtar respublikamızda da milli dəyərlərimizin, milli tariximizin qorunması, zənginləşdirilməsi həmişə diqqət mərkəzində olmuşdur. Milli dəyərlərə hörmət və ehtiramla yanaşma, bu dəyərlərin elmi baxımdan öyrənilməsi, təbliğ edilməsi istiqamətində aparılan məqsədyönlü siyasət böyük nailiyyətlərin qazanılmasına şərait yaratmışdır. Həyata keçirilən tədbirlər xalqımızın bu dəyərlərə sadiqliyinin təzahürü, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin azadlıq və müstəqillik ideallarına, möhkəm milli bünövrəyə malik zəngin mənəvi irsinin təbliği işinə də böyük töhfədir.
    Bu gün Azərbaycan xalqı çoxəsrlik tarixinin şərəfli mərhələsini yaşayır, bütün dünya azərbaycanlıları təsvirəgəlməz qürur və sevinc hissləri keçirirlər. Azərbaycan xalqı Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Milli Ordumuzun 27 sentyabr 2020-ci il tarixdən başlanan əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın mənfur qonşumuz Ermənistanın işğal altında saxladığı Qarabağı azad etməklə milli çağdaş tariximizə şanlı səhifə yazdı. Tariximizə 44 günlük Vətən müharibəsi kimi daxil olan bu hərbi əməliyyat nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü təmin edildi. Ali Baş Komandanın döyüş meydanlarındakı qələbələrlə bağlı xalqa hər bir müraciəti milləti daha da sıx birləşdirdi.
     Bu müharibə əsl vətənpərvərlik meydanına çevrildi desək, yanılmarıq. Ölkəmizin sosial-iqtisadi cəhətdən davamlı və dinamik inkişafı, regionda aparıcı dövlətə çevrilməsi, dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin Vətənimizin tərəqqisi, dövlətimizin beynəlxalq aləmdə nüfuzunun durmadan yüksəldilməsi, 30 ilə yaxın müddətdə işğal altında qalan doğma Qarabağın işğaldan azad olunması istiqamətində möhtəşəm fəaliyyəti hər bir vətəndaşımız, yetişməkdə olan hər bir gəncimiz üçün böyük vətənpərvərlik nümunəsi, vətənpərvərlik məktəbidir. Dövlət başçımızın işğaldan azad olunmuş Qarabağın rayonlarına səfərləri, möhtəşəm Xudafərin körpüsü üzərində, Qarabağ şəhərlərində müqəddəs üçrəngli Azərbaycan Bayrağı önündə diz çökərək onu öpüb yüksəkliyə qaldırması hər bir azərbaycanlının iftixar etdiyi əsl vətəndaşlıq, əsl vətənpərvərlik örnəyidir.
     Bu müharibənin milli dövlətçilik tariximizdəki müstəsna rolu nəzərə alınaraq ölkə Prezidentinin müvafiq sərəncamları ilə müharibənin başlandığı 27 sentyabrın Anım Günü, müharibənin gedişində dönüş nöqtəsi sayılan Şuşanın azad olunduğu 8 noyabrın– Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunması qərara alındı. Qazanılan bu tarixi Zəfər, eyni zamanda Azərbaycan xalqının, xüsusən Azərbaycan gəncliyinin milli vətənpərvərlik ruhunun yüksək olduğunu, millətimizin Vətən, dövlət, dövlətçilik, milli bayraq sevgisini, dövlət başçısı və xalq birliyini parlaq şəkildə nümayiş etdirdi.    
    Vətən uğrunda apardığımız savaşda muxtar respublikamızın hərbi təhlükəsizliyini təmin edən Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti də dastan yazdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu möhtəşəm Qələbədən sonra Naxçıvana ilk səfərində Naxçıvan Ordusunun gücünü belə qiymətləndirdi: “İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri – həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər. Bilirsiniz ki, Naxçıvandan Bakıya xüsusi qruplar gətirilmişdi. Eyni zamanda mən onu da bildirməliyəm, yəni artıq bildirə bilərəm ki, Naxçıvan Ordusunda olan silahların, sursatların bir hissəsi də Bakıya gətirilmişdir və cəbhə bölgəsinə göndərilmişdir. İndi biz həmin o silah-sursatların ehtiyatlarını təmin edirik, ancaq bu da olub. Ona görə Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır”.
    Təbii ki, müharibələr itkisiz ötüşmür. Bu savaşda şəhidlərimiz də oldu, qazilərimiz də. Lakin istər aktiv döyüşlərin getdiyi vaxt, istərsə də postmüharibə dövründə muxtar respublikaya gətirilən şəhidlərimiz elə hava limanında ən yüksək səviyyədə – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən ehtiramla qarşılanaraq ailələrinə təhvil verildi. Şəhidlərin istər qarşılanma, istərsə də dəfn mərasimləri müvafiq icra hakimiyyəti orqanları və naxçıvanlılar tərəfindən mütəşəkkilliklə həyata keçirildi. Digər tərəfdən müharibə şəhidlərinin ailələrinə, qazilərə, hərtərəfli dövlət dəstəyi göstərildi və bu dəstək hazırda da davam etdirilir. Müharibədə iştirak etmiş hərbi qulluqçuların qəhrəmanlığı isə dövlətimiz tərəfindən yüksək qiymətləndirildi, onlar müxtəlif adlara layiq görüldülər, orden və medallarla təltif olundular.
    Vətənpərvərlik həm də müəyyən yaşa dolduqdan, bu və ya digər peşə-sənət, vəzifə sahibi olduqdan sonra o yaşın, peşənin, sənətin, vəzifənin haqqını, əsl mənada, ödəməklə də ölçülür. Bu torpaqda yaşayaraq yaşlanmağımız, doya-doya bəhrələndiyimiz Vətən nemətləri, sahib olduğumuz peşə və ya sənət isə “Vətən daşları” hesabına biz insanlara müyəssər olub. Təkcə “Vətənimi sevirəm”, “Vətən yolunda canımdan keçməyə hazıram” hisslərini ifadə etməkdən ibarət deyil vətənpərvərlik. Bu ali, müqəddəs duyğunun bir meyarı da var: həyatımızın bütün mərhələlərində üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyimiz də vətənpərvərliyimizin, Vətən sevgimizin bariz nümunəsidir. Tələbə – “tələbə” adının, oxuduğu təhsil ocağının haqqını elmlərə, biliklərə, peşə təcrübəsinə dərindən və səmərə verəcək şəkildə yiyələnərək ödəməklə, müəllim “öyrətmək və öyrənmək” prinsipinin tələblərini özünün peşə amalı hesab etməklə, vəzifə sahibləri isə dövlətimizin onlara həvalə etdiyi işin öhdəsindən layiqincə gəlmək fəlsəfəsini mənimsəməklə cəmiyyətin vətənpərvərlik hissini alovlandıra və bu alovla məmləkətini dünya durduqca isindirə bilər. Ali Məclis Sədrinin də dediyi kimi: “Vətənpərvərlik geniş məfhumdur. Hər kəs çalışdığı sahədə üzərinə düşən vəzifələri yaxşı icra edirsə, deməli o, vətənpərvərdir”.
    Bu gün işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri gedir. Ərazilər minalardan təmizlənir, yeni yollar salınır, körpülər, tunellər tikilir, yeni elektrik stansiyaları qurulur, innovativ layihələr həyata keçirilir. Bununla da Azərbaycan işğaldan azad etdiyi ərazilərdə genişmiqyaslı quruculuq işləri aparan dövlət olaraq gücünü həm dosta, həm də düşmənə göstərməkdədir. Bir çox dünya ölkələri tərəfindən də maraqla izlənilən bu tədbirlər həm də dövlətimizin iqtisadi gücünü, nüfuzunu göstərir. Bu gün qürur duyur və sevinirik ki,  Azərbaycan Prezidentinin müdrik siyasəti, Ordumuzun qətiyyəti sayəsində bizim bayrağımız yenə də Laçında dalğalanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Bu, tarixi hadisədir. Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaqdır. İndi Azərbaycan xalqı görür ki, biz nəyə qadirik. Görür ki, biz müharibədə də qələbə qazanırıq, həyatda da qələbə qazanırıq və bizi güclü edən xalqın iradəsidir, xalqın birliyidir. Müharibədə də Zəfərimiz xalqın birliyi nəticəsində olmuşdur. Bu gün quruculuq-abadlıq işlərini apararkən bizi gücləndirən xalqın iradəsi, dəstəyidir. Bir daha demək istəyirəm, fəxr edirəm ki, Laçın şəhərinin mərkəzində milli bayrağımızı ucaltdım. Bu bayraq burada əbədi dalğalanacaq! Biz burada əbədi yaşayacağıq! Yaşasın Laçın! Yaşasın Azərbaycan! ”
    44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı, haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarixboyu şanlı qürur mənbəyimiz olaraq qalacaq. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə, Azərbaycanın möhtəşəm qələbəsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi həm də milli birliyə və həmrəyliyə, milli-mənəvi dəyərlərə və milli özünüdərkə söykənən Heydər Əliyev ideologiyasının alternativinin olmadığını bir daha ortaya qoydu. Bu tarixi hadisə sübut etdi ki, xalqımızın və dövlətimizin çətin günlərində Azərbaycanı özünün doğma Vətəni sayan müxtəlif xalqların və millətlərin nümayəndələri bu torpaq üçün canlarından keçməyə hazırdırlar, 50 milyonluq dünya azərbaycanlılarının ürəyi isə hər zaman doğma Azərbaycanın nəbzi ilə bir vurur. “Şuşa ili”ndə Dünya Azərbaycanlılarının V Qurultayının mədəniyyət paytaxtımız olan azad Şuşada keçirilməsi də bu baxımdan böyük siyasi əhəmiyyət kəsb etməklə yanaşı, həm də böyük rəmzi məna daşıyır. Adı tarixə Zəfər qurultayı kimi düşən bu forum bir tərəfdən Azərbaycan xalqının sarsılmaz birliyinin təcəssümü, digər tərəfdən isə Vətənini və xalqını canından artıq sevən ulu öndər Heydər Əliyev şəxsiyyətinə milli ehtiramın ifadəsidir.

İlhamə MUSTAFAYEVA
Naxçıvan Dövlət Universitetinin Təməl tibb fənləri kafedrasının müdiri, 
tibb üzrə fəlsəfə doktoru

Nəşr edilib : 29.09.2022 19:38