AZ EN RU

“Vətənin Müdafiəsinə Hazıram!” poliatlon çoxnövçülüyü üzrə muxtar respublika birinciliyi

    Çağırışaqədər və çağırışyaşlı məktəblilər arasında keçirilən yarışa rayon (şəhər) mərhələlərinin qalibləri olmaqla, ümumilikdə, 8 komanda qatılıb. 
   İştirakçılar poliatlon beşnövçülük proqramı üzrə 100 metr məsafəyə qaçış, pnevmatik tüfəngdən atəşaçma, qumbaraatma, turnikdə dartınma və 2000 metr məsafəyə kross qaçışı üzrə mübarizə aparıblar. Qalib və mükafatçılar müvafiq yarışlarda toplanan ümumi xalların cəminə əsasən müəyyənləşib. 
    Hesablamalar nəticəsində Ordubad rayon komandası qalib adına layiq görülüb. Şərur və Şahbuz rayonlarını təmsil edən komandalar yarışı müvafiq ardıcıllıqla ikinci, üçüncü sıralarda tamamlayıblar.
    İlk üçlükdəki komandalar və fərdi göstəricilərə görə fərqlənən iştirakçılar diplom, fəxri fərman və kubokla mükafatlandırılıblar. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 20.04.2022 18:36