AZ EN RU

Vətəndaşlarla görüş keçirilib

Bu gün Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Şərur rayonunun Dərəkənd kəndində sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib. Görüş zamanı Ramilə Seyidova ölkəmizdə ailələrin rifah halının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən dövlət siyasətindən danışaraq bildirib ki, 100 illik yubileyini qeyd etdiyimiz Naxçıvan Muxtar Respublikasında ailə institutunun inkişafı, ailə dəyərlərinin möhkəmləndirilməsi və gənc nəsil arasında təbliği məqsədilə ardıcıl tədbirlər görülür. 
Komitə sədrinin çıxışından sonra kənd sakinlərinin müraciətləri ayrı-ayrılıqda dinlənilib, protokollaşdırılıb. Müraciətlər əsasən aliment məsələsi, məktəbli formasının verilməsi, ünvanlı dövlət sosial yardımın təyin edilməsi, şəxsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün özünüməşğulluq proqramına cəlb edilməsinə köməklik göstərilməsi və digər məsələlərlə bağlı olub.
Vətəndaşlara müraciətlərlə əlaqədar hüquqi izahat verilib, qanunamüvafiq köməklik göstərilib, Komitənin səlahiyyəti xaricində olan müraciətlərlə bağlı vətəndaşlara köməklik göstərilməsi məqsədilə aidiyyəti üzrə qeydiyyat aparılıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 12.06.2024 18:04