AZ EN RU

"Vətəndaşların seçki hüququnun təmini" mövzusunda "dəyirmi masa" keçirilir YENİLƏNƏCƏK

Naxçıvan şəhərində "Vətəndaşların seçki hüququnun təmini" mövzusunda "dəyirmi masa" keçirilir.
Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva, Mərkəzi Seçki Komissiyasının üzvü Hüseyn Paşayev, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, dairə və məntəqə seçki komissiyalarının sədrləri və digər şəxslər iştirak edirlər.
"Dəyirmi masa"da, vətəndaşların seçki hüququnun təmini, növbədənkənar prezident seçkiləri ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunur, müşahidəçilik institutunun əhəmiyyəti və Ombudsmanın bu prosesdə rolundan danışılır.

Nəşr edilib : 02.02.2024 11:23