AZ EN RU

Vətəndaşlar qəbul edilib

Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Xanlar Mustafayev vətəndaş qəbulu qrafikinə uyğun olaraq fevralın2-də  Sədərək rayon İcra Hakimiyyətində vətəndaş qəbulu keçirib. Qəbulda Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərləri də iştirak edib. 
Vətəndaşların balıqçılıq təsərrüfatlarının yaradılması, yaşıllıqların götürülməsi, işlə təmin olunma, yer təkindən istifadə və digər mövzuları əhatə edən müraciətləri dinlənilib. Müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Nəşr edilib : 02.02.2024 20:52