AZ EN RU

Vətəndaşlar qəbul edilib

    2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinin tamam olması ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində qəbul olunmuş Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlərin keçirilməsi davam edir. Bu münasibətlə vətəndaşların qəbulunun həyata keçirilməsinə dair plana uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri tərəfindən  muxtar respublikanın rayonlarında vətəndaşların qəbulu həyata keçirilib. 
    Qəbulların hər birindən öncə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan  şəhərində əzəmətlə ucalan abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.
     Qəbul zamanı  hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin operativ araşdırılması və qanunamüvafiq şəkildə tədbirlərin görülməsi ilə bağlı məhkəmənin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb. Müraciətlərin əksəriyyəti məhkəmələrin fəaliyyəti ilə bağlı olub.
    Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər.
    Sonra Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi rayon məhkəmələrinin iş şəraiti ilə tanış olub, işin səmərəliliyinin artırılması ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.

Naxçıvan Muxtar Respublikası 
Ali Məhkəməsinin mətbuat xidməti

Nəşr edilib : 09.06.2023 18:44