AZ EN RU

Vətəndaş qəbulu keçirilir

   Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin  sədri Yəhya Allahverdiyev və Avtomobil Yolları Dövlət Agentliyinin direktoru Bəhruz Əsgərov Sədərək rayonunda vətəndaş qəbulu keçirib. Rayon İcra Hakimiyyətində təşkil olunan qəbulda 32 vətəndaşın rayonda suvarma və içməli su ilə bağlı yaranmış vəziyyət və yol infrastrukturunda mövcud olan çətinliklərlə bağlı müraciəti dinlənilib, mövcud problemlərin yaxın zamanlarda həll ediləcəyi bildirilib. 

Ramiyyə ƏKBƏROVA 

Nəşr edilib : 21.02.2023 17:34