AZ EN RU

Vətəndaş qəbulu keçirilib

Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev vətəndaş qəbulu qrafikinə uyğun olaraq iyul 1-də Sədərək rayonunda vətəndaş qəbulu keçirib. Qəbulda Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərləri də iştirak edib. 

Vətəndaşların yaşıllıqların götürülməsi, işlə təmin olunma və digər mövzuları əhatə edən müraciətləri dinlənilib. Müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Nəşr edilib : 01.07.2024 18:53